Con Lennondan məktub var!

Con Lennondan məktub var!
calendar 11 aprel 2011
clock 10:33
Əfsanəvi “Bitlz” qrupunun solisti Con Lennonun məktublarından ibarət kitab nəşr olunacaq.

Kulis.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, kitaba Lennonun ailəsinə, dostlarına, qəzetlərə, təşkilatlara yazdığı məktublar və açıqcalar daxil olacaq. Kitabın 2012-ci ilin oktyabrında çıxacağı gözlənilir. Yüzə yaxın məktubun nəşri üçün icazəni onun həyat yoldaşı Yoko Ono verib.

“Lennonun məktubları” adlanacaq kitabın redaktoru ingilis jurnalist Hanter Deyvzdir. Deyvz “Bitlz” qrupunun rəsmi bioqrafiyasının müəllifidir.

Qeyd edək ki, Con Lennon 1980-ci ildə pərəstişkarı Mark Çapmen tərəfindən öldürülüb. Qatilin cibində Cerom David Selincerin “Çovdarlığı uçurumdan qoruyan” romanı çıxıb. Çapmen qətlin ona romanın qəhrəmanı Holden Koldfild tərəfindən sifariş olunduğunu deyib. Lennon mahnılarında sülh, sevgi, barış təbliğ edirdi.

Günel Əsgərzadə
# 1662 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news