Əlisa Nicat Şamo Arifi haqlı sayır

Əlisa Nicat Şamo Arifi haqlı sayır
calendar 19 iyul 2011
clock 13:04
Xalq yazıçısı Süleyman Rəhimovun oğlu yazıçı Şamo Ariflə Yazıçılar Birliyinin sədri Anar arasında yaranan söz davasının səs-küyü bitmək bilmir.

Tərəflər arasındakı qarşılıqlı ittihamlardan sonra digər yazıçı və şairlər - Əkrəm Əylisli, Mehriban Vəzir, Fikrət Qoca da bu söz atışmasına qoşuldular.

Yazıçı Əlisa Nicat da məsələtə münasibət bildirib. Ə.Nicat bu cür mübahisələrin dünya ədəbiyyatında da olduğunu deyərək burada qeyri-adi heç nə görmədiyini bildirdi.

Onun fikrincə, tarixin gizli səhifələrində yığılıb qalan həqiqətlər məhz bu cür mübahisələr yolu ilə ortaya çıxa bilər: “Bunlar təbii şeylərdir. Mən o boyda adamlara heç bir məsləhət vermək fikrində deyiləm. Üstəlik hesab edirəm ki, dünyada məsləhətdən əhəmiyyətsiz heç nə yoxdur. Hər kəsin öz prinsipində qalması, öz prinsiplərini müdafiə etməsi daha düzgün çıxış yoludur. Müəyyən həqiqət üzə çıxıbsa, o deyilməlidir. Amma onu deyə bilərəm ki, mən bu məsələdə Şamo Arifi daha haqlı sayıram”.

Ə.Nicatın fikrincə, cəmiyyətdə biri layiq olduğundan daha artığına nail olursa, qiymətə layiq olan kölgədə qalırsa, bu, istər-istəməz müəyyən gərginliyə, narazılığa səbəb olur: “Biri daha çox işləyir az qiymət alır, o biri layiq olduğundan artığına sahib olur. Cəmiyyətdə bu cür ədalətsizlik olduğuna görə, istər-istəməz çox adam narazı qalır. Şamo Arif də Anar kimi bir yazıçıdır da. Anar mükafatlar alır, Şamo bir az kənarda qalır. İstər-istəməz belə şeylər insana toxunur. Hamı bu həyatda bir dəfə yaşayır. Hərənin min cür qayğısı var. Bütün bu toqquşmalara səbəb cəmiyyətdəki ədalətsizlikdir. İqtidar gərək hər tərəfə öz qiymətini verə. Birinə hər şeyi yükləyir, o birinə heç nə vermir. O da istər-istəməz acıqlanır, müəyyən həqiqətləri açıqlayır”.

Azadlıq qəzeti
# 1330 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news