Sarkozinin dostu oğru çıxdı
Nikola Sarkozinin yaxın dostu və partiyasının səxavətli sponsoru, milyonçu 65 yaşlı Gi Vildenşteyn impressionizmə aid rəsm əsərlərinə qeyri-qanuni yolla sahib olmasına görə ittiham olunur.
Kulis.az-ın “Telegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, günahı sübut olunarsa, milyonçu 3 il həbsdə yata bilər.
Vildenşteyn institutunda araşdırma zamanı Edgar Deganın və Eduard Manenin milyon avro dəyərində olan əsərləri polisin diqqətini çəkib.
Güman olunur ki, bu sənət əsərləri Manenin varisi Anna Mari Ruarın kolleksiyasına aiddir.
1993-cü ildə isə Ruarın ölümündən sonra bütün əsərlər Vildenşteynin xəzinədarı olduğu Paris Zərif Sənətlər Akademiyasına getməliydi.
Gi Vildenşteyn əvvəllər də vergidən yayınmasına görə ittiham olunmuşdu. Amma bu Sarkoziyə onu 2009-cu ildə Fəxri Legion Ordeni ilə təltif etməsinə mane olmadı.
Milyonçu isə baş verənləri anlaşılmazlıq adlandırıb.
Rəna Nevzat

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024