Şair Yazıçılar Birliyinə 10 gün vaxt verdi
Şaiq Vəli AYB-ə 10 gün vaxt verib ki, onu işlə təmin etsinlər.
Şair ötən gün üzv olduğu Azərbaycan Yazıçılar Birliyinin binasında iş tələbi ilə aclıq aksiyasına başlamışdı.
Üç azyaşlı uşağı ilə AYB-nin ikinci mərtəbəsində yerləşən Şaiq Vəli ötən gün axşam saatlarında aclığı dayandırıb.
Kulis.az-a açıqlamasında şair evinin və işinin olmadığını bildirmişdi.
Şaiq Vəli deyib ki, dövlət AYB-ə xeyli sayda maliyyə ayırır. Maddi vəziyyətinin ağır olduğuna görə AYB üzvü kimi ayrılan puldan bəhrələnmək istəyir. O, AYB-nin mətbu orqanlarından birində işləmək istədiyini deyib.
AYB-nin mətbuat xidmətindən isə bildiriblər ki, Şaiq Vəliyə kömək etməyə çalışacaqlar.
Şaiq Vəli dərgimizə açıqlamasında deyib ki, ona 10 gün ərzində kömək etməsələr aclığı davam etdirəcək.
Elmin HƏSƏNLİ

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024