“Saytım var: [email protected].”

“Saytım var: Rustembehrudi@box.az.”
calendar 21 iyul 2011
clock 06:00
Kompüter və internet artıq həyatımızın bir parçasına çevrilib.

Gənclər gündəlik həyatlarını internetsiz təsəvvür edə bilmir.

İnternet vasitəsilə həm əlaqə saxlayırıq, həm informasiya alırıq, musiqi dinləyirik, kinoya baxırıq.

İnternet artıq köhnə poçt sistemini də yaddan çıxardıb. Köhnə poçt artıq nostalgiyaya çevrilib. Ancaq rəsmi yazışmalar üçün istifadə edilir.

Görəsən, yaşlı yazıçılarımız internetdən, elektron poçt xidmətindən yararlana bilirlərmi?

Yoxsa onlar hələ də qələmlə yazırlar? Bəlkə, göyərçinlə məktub göndərən də var?

Anarın otağında kompüter yoxdur...

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın otağında kompüter yoxdur. Bir müddət öncə AYB sədrinin otağında olan həmkarlardan biri bizə bu məlumatı verib.

Ancaq AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Anarın e-mailinin olduğunu bildirdi. Onun e-mail-ini istəsək də, Ə.Əsgəroğlunu dəqiq bilmədiyini dedi.

“Özüm haqda yazılanları axtarıram”

Yazıçı Kamal Abdulla bildirdi ki, bu yaxınlarda internetdən istifadə etməyi öyrənib: “Amma çox istifadə etmirəm. Bəzən poçtumu yoxlayıram. Sonra isə ədəbiyyat saytlarına baxıram. Özüm haqda yazılanlara baxıram. Sizin saytınızı da izləyirəm”.

Kamal Abdulla bildirdi ki, işlərdən vaxt tapdıqca bilgisayarı daha yaxşı öyrənməyə çalışır.

Əkrəm Əylisininki payıza qalıb

Hazırda öz doğma kəndində həm istirahət edib həm də yaradıcılıqla məşğul olan xalq yazıçısı Əkrəm Əylisli isə kompüterdən istifadə edə bilmədiyini dedi: “Evdəkilər mənə kömək edir. Yazılarımı əllə yazıram. Sonra verirəm kompüterdə yığırlar. Lazım olan şeylərə isə uşaqların köməyi ilə baxıram. Əlaqə saxlamağa isə daha çox telefondan istifadə edirəm”.

Ə.Əylisli payızda özünə ayrıca kompüter alacağını bildirdi: “Özümə söz vermişəm ki, bilgisayarda yazmağı öyrənim”.

“Orda “ət” də olmalıdır”

Şair Rüstəm Behrudi “E-mail-iniz varmı” sualına şair belə cavab verdi: “Saytım var. Rustembehrudibox.az”.

Sonra başa saldıq ki, elektron poçt adresini soruşuram: “Orda “ət” də olmalıdır”

Belə bəlli oldu ki, Rüstəm Behrudi də internetdən istifadə edə bilmir.

“Mənim haqqımda dostlarım çoxlu saytlar açıblar. Arada girib onlara baxıram”.

Seyran Səxavət də bacarmır

Yazıçı Seyran Səxavət də elektron poçta sahibdir. Ancaq özü istifadə edə bilmir. Ona da kömək edirlər: “Mənim üçün açıb yoxlayırlar. Vacib şeylər olanda deyirlər. Bəzən oxucular ora yazır. Biz də təşəkkür cavabı yazırıq”.

Seyran Səxavət bildirdi ki, ümumiyyətlə, Azərbaycan mediasına marağı öldüyünə görə internetə də girmir: “Qəzet də oxumuram. Xəbər saytlarına da baxmıram. Amma ola bilər ki, gələcəkdə interneti öyrənim”.

E-mail açdı, həbsə düşdü

Yazıçı Rafiq Tağının isə e-mail açmaq tarixçəsi çox maraqlıdır.

Rafiq Tağı özünə elektron poçt açıb və ordan redaksiyaya göndərdiyi ilk yazı “Avropa və biz” yazısı olub. Yazı bir gün sonra “Sənət” qəzetində dərc olunub. E-maillə göndərdiyi ilk yazı onun həbsə düşməsinə səbəb olub. Lakin bu həbs onun internetə olan marağını öldürməyib. Həbsxanadan çıxandan sonra Rafiq Tağı internetdən mütəmadi istifadə etməyə başlayıb. O həm sosial şəbəkələrdə işləyir, həm qəzetləri oxuyur, həm də ədəbiyyat saytlarına baxır.

Facebook qəhrəmanı Vaqif Səmədoğlu

Xalq şairi Vaqif Səmədoğlu da internetdən yaxşı istifadə edir. Facebook şəbəkəsində 4 mindən çox dostu var. Vaxtı olanda dostları ilə yazışır, statuslara şərh də yazar.

Elmin HƏSƏNLİ
# 1225 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news