Gənc vokalçımıza Robertino Lorettidən təklif

Gənc vokalçımıza Robertino Lorettidən təklif
calendar 21 iyul 2011
clock 13:23
İtaliyada Milli Festivalın qalibi olmuş gənc vokalçımız Emin Eminzadə bu gecə Bakıya dönüb. 14 yaşında olmasına baxmayaraq, Emin illərini səhnədə keçirən bir çox müğənnilərin edə bilməyəcəyinə artıq indidən nail olub.

Bu günlərdə o, İtaliyanın paytaxtı Romada təşkil olunan Milli Musiqi Festivalında qalib adını qazanıb. Emin Romada məşhur italyan xalq mahnısı “Camayka” və dünya şöhrətli italyan müğənnisi Robertino Lorettinin repertuarına daxil olan “Osolo mio” mahnısını məharətlə ifa edərək bütün rəqiblərini arxada qoyub.

Festivalın qalibi Emin Eminzadə sözügedən festivala İtaliya tərəfdən dəvət olunduğunu deyib: “Fariçio Massi mənə dəvət göndərdi ki, Elio Katalano adlı festivalda iştirak edim. Yəqin ki, bu, hər bir müğənninin arzusudur. Çıxış etdim, hər şey yaxşı alındı”.

Eminzadənin sənətlə bağlı gələcək planları da olduqca maraqlıdır: “Loretti mənə dedi ki, ya bu günlərdə, ya da noyabrda Moskvada yubiley konserti keçirləcək. Onun Moskvada azarkeşləri çoxdur. Mənə duet oxumağı təklif etdi. Mən də təklif etdim ki, birlikdə Azərbaycan mahnısı oxuyaq. Yəqin maraqlı olar”.

Xatırladaq ki, Emin hələ bu il fevralın 13-də Robertino Lorettinin Bakı konsertində “Camayka” mahnısını məharətlə ifa edərək çoxlarının rəğbətini qazanmışdı. İtaliyada təşkil edilən musiqi festivalına da Emin məhz Bakı konsertində uğurlu çıxış etdiyinə görə dəvət edilib.

# 884 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news