Əli Əmirli “Hasarın o üzü “ndə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyeslər kitabı 500 nüsxə tirajla çapdan çıxib.
Kulis.az-a müəllifin verdiyi məlumata görə dramaturqun ikinci pyeslər kitabı olan bu nəşrdə tamaşaçılara və oxuculara yaxşı tanış olan və ölkənin bir sıra teatrlarında tamaşaya qoyulmuş “Messenat”, “Köhnə ev”, yazıldığı 1999-cu ildən səhnədən düşməyən, Azərbaycan, rus, tacik, qırğız, qazax, kumık və ləzgi dillərində on iki teatrda tamaşaya qoyulmuş və 2009-cu ildə Orta Asiya ölkələrinin II Beynəlxalq Teatr Festivalında iki nominasiya üzrə qızıl medala layiq görülmüş “Varlı qadın”, “İyirmi ildən sonra”, “Sevən qadın” pyesləri ilə yanaşı, hazırda Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya hazırlanan “M.S.S. – Mən səni sevirəm”, “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar”, “Əli və Nino” (eyni adlı məşhur romanın motivləri əsasında), kitaba ad vermiş “Hasarın o üzü” və “Səhnədə məhəbbət” pyesləri daxil edilib.
Kitab oxucuya müəllifin müraciəti ilə açılır: “Hörmətli oxucum, bu yeni kitabımla səni ürəkdən salamlayıram, səninlə bir daha görüşmək imkanından məmnuniyyət hissi duyuram. Ədəbi yaradıcılığımın iyirmi ilini qismən əhatə edən bu kitaba yeni yazdığım və yazılma tarixindən asılı olmayaraq daha çox sevdiyim pyeslərimin bir hissəsini daxil etdim, adını da qoydum “Hasarın o üzü”. Bu adı kitabdakı pyeslərin birindən götürdüm, bu həm də altmış yaşını tamam eləmiş yazıçının artıq hasarın o üzü haqqında düşünməsinə işarədir ”.
Ramilə Qurbanlı

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024