Kulis.az-ın “odatv.com” saytına istinadən verdiyi məlumata görə, Miçiqanda həkim işləyən və Ohayo-Perrisburqdakı ”Böyük Şəhər Toledo” İslam Mərkəzinin üzvü Şanavasın hazırladığı müraciətdə, “biz ruhani olaraq, səlahiyyətli orqanların məktəblərdə və başqa təhsil müəssisələrində təkamül nəzəriyyəsinin öyrədilməsində israrlı olmalarını tövsiyə edirik” yazılıb.
- “Səriyyə” filminin nümayiş tarixi məlum oldu
- Azərbaycan Dövlət Kamera Orkestrinin konserti oldu
- Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey
Təkamülü qəbul edən din adamlarının belə bir müraciət hazırlamasının ideya müəllifi olan “Indianapolis Butler” Universitetində işləyən Mixail Zimmerman isə deyib ki, bu, təkamül və elmi, həmçinin aralarında ciddi dini parçalanmalar olan insanları və dini qrupları ortaq bir nöqtədə birləşdirən faktordur və göründüyü kimi çox uğur qazanır.
Mixail Zimmermann, həmçinin xristianların təkamülü qəbul edən müsəlman mollaların da məktub yazmasından sonra həyəcanlandıqlarını bildirib. Xristianlıqda olduğu kimi, müsəlmanların da parçalanmasını vurğulayan Zimmermann əlavə edib ki, müsəlmanların içində də bir çox adam müqəddəs ayələrdəki fikirlərin bəziləri tərəfindən təhrif edərək şərh edildiyini anlayıb.
Məktubu 12.725 rahib və 476 ravvin imzaladı
Müraciət 2006-cı ildən bu yana 12.725 rahib imzalayıb. Yəhudilər tərəfindən 2003-cü ildən hazırlanan müraciəti isə cəmi 476 xaxam imzalayıb. Mollaların da təkamülü qəbul etməsindən sonra müraciətə neçə mollanın imza atacağına dair maraq yaranıb.
Londonda bir mollanın darvinizmi açıqca dəstəklədiyini söylədiyi üçün ölüm təhdidlərinə məruz qaldığı və məsciddən qovulduğu söylənilir.
Vüqar Qurdqanlı