Şərif Ağayarın kitabı çıxdı

Şərif Ağayarın kitabı çıxdı
calendar 27 iyul 2011
clock 10:51
Yazar Şərif Ağayarın “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından “Haramı” adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda Şərif Ağayarın “Haramı” romanı və “Xürrəm” povesti yer alıb.

Şərif Ağayar roman haqda bunları deyib: “Romanın qəhrəmanı Səməndər igid, qoçaq adamdır, ancaq cəmiyyətdə öz yerini tapa bilmir. Ona görə ermənilərlə təmas xəttində yaxın neytral bir zonada məskən salır. Zamanla uyuşmayan Səməndər cəmiyyətdən nə qədər uzaq qaçmağa çalışsa da, bu mümkün olmur.

Dərin ziddiyyətlər, bildiyiniz kimi, qurbansız ötüşmür. Həmişə olduğu kimi, yenə də zaman qalib gəlir! “Haramı” romanında qeyri-adi situasiyalara düşən Səməndərin müxtəlif xarakter cizgiləri açılır və oxucunun yaddaşında dərin izlər buraxır.

“Haramı” müasir roman xüsusiyyətlərini uyğun olaraq qələmə alınıb. Romanda yunan mifologiyası, Azərbaycanda ilk yazılı mənbə sayılan “Əhməd harami dastanı” və digər mətnlərlə əlaqələr qurulub.

“Haramı” romanında 3 mətn var: əsas hadisələri əks etdirən mətn, 7 günlük gündəlik və 12 əhvalat. Rəqəmlərin xüsusi məna daşıdığı əsərdə əsas hadisələr bədii, gündəlik isə publisistik üslubda qələmə alınıb. Əhvalatlar ağız ədəbiyyatı janrında indiki zamanda nəql olunur.

Romanda detektiv xətt, pornoqrafiq elementlər də vardır.

“Xürrəm” povestində isə heç bir fikrində sabit olmayan gənc yazarın düşdüyü tragikomik saituasiyalar təsvir olunur”.

Elmin HƏSƏNLİ
# 1173 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news