Norveçli qatil yazıçıları da öldürmək istəyirmiş

Norveçli qatil yazıçıları da öldürmək istəyirmiş
calendar 27 iyul 2011
clock 13:41
O hesab edir ki, bir çox Qərbli yazıçılar “xəyanətkar” mövqe tutublar - multikulturalizm, siyasi korrektlik, başqa din və xalqları təmsil edən miqrantlara tolerantlıq göstərmək mövqeyində dayanırlar.

Qətlləri törətməkdən əvvəl yazdığı və “2083: Avropanın Müstəqillik Bəyannaməsi” adlandırıdığı 1500 səhifəlik manifestində Breivik Norveçdə təşkil edilən, yazıçıların, jurnalistlərin toplaşdığı beynəlxalq konfranslları və festivalları hədəfə almaq planlarını açıqlayır.

O, adətən otellərdə keçirilən jurnalist konfranslarında təlükəsizlik tədbirlərinin ya zəif olması, ya da ümumiyyətlə olmamasına diqqət çəkir. Dünyanın hər yerindən həmin toplanrtılara gələn tanınmış yazarların “əla hədəf” oluduğunu bildirir.

Breivik Norveçdə keçirilən ədəbiyyat festivallarına “marksist, eləcə də xəyanətkar burjua yazıçı elitasının” da gəldiyini, həmin festivallarda iştirak edənlərin 90 faizinin multikulturalizmi dəstəklədiyini, bu ideyanı əsərləri ilə yaydığını yazır.

Breivik belə jurnalist və yazıçıları “A və B kateqoriyalı xəyanətkarlar” adlandırır. O bildirir ki, belələri onun gələcəkdə baş verəcəyinə inandığı inqilab zamanı edam ediləcək.

Manifest müəllifi sözügedən yazarların öz məqalələri və əsərləri ilə Norveçdə və ümumilikdə Avropada “mədəni və demoqrafik soyqırımı”na xidmət etdiklərini iddia eləyir.

Manifestin bir neçə səhifəsində “Mədəni marksizmin tanınmış nümayəndələri olan intellektuallar, o cümlədən Georg Lukacs, Antonio Gramsci, Wilhelm Reich, Erich Fromm, Herbert Marcuse və Theodor Adorno” tənqid edilir.

Onun bu planları çox təhlükəli sayıla bilər.

Çünki Breivik məsləkdaşlarının da olduğunu, böyük bir şəbəkənin üzvü olduğunu iddia edir.

Oxu zalı
# 901 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news