Nuri Bilge Ceylanın filmi Oscar-a doğru

Nuri Bilge Ceylanın filmi Oscar-a doğru
calendar 1 avqust 2011
clock 12:38
Bu il 64-cü Kann Film Festivalının Qran prisini alan Nuri Bilge Ceylanın “Bir zamanlar Anadolu”da filmi Oscar-a namizəd olmağa hazırlaşır. Bununla bağlı, filmin Türkiyədəki nümayişinin vaxtı sentyabrın 30-dan 23-nə keçirilib.

Oskar film mükafatlarının qaydalarına əsasən, “Ən yaxşı xarici film” nominasiyasında yarışmaq üçün filmlər sentyabrın 1-i və 30-u aralığında 7 gün tamaşaçı qarşısına çıxmalıdır.

Buna görə də “Bir zamanlar Anadolu” filminin nümayişinin vaxtı 7 gün əvvələ salınıb. Filmin Türkiyə premyeası isə gələn ay başlayacaq Adana Qızıl Barama Film Festivalında olacaq.

Oskar üçün qonşu ölkədə yarışacaq filmlər arasında “Qar Bəyaz”, “Gömrük məmuru”, “Zefir”, “Atlı qarışqa”, “Kölgələr və Surətlər”, “Hayde Bre”, “Ov mövsümü”, “Şahzadənin yuxusu”, “Nyu-Yorkda beş minarə”, “Çoxluq” və “Qovşaq” filmlərinin adları var.

Günel Əsgərzadə
# 936 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news