Rəssamın sifarişlə çəkdiyi avtoportret satılır

Rəssamın sifarişlə çəkdiyi avtoportret satılır
calendar 12 aprel 2011
clock 13:32
Rəssam Endi Vorholun avtopotreti 30 milyon dollardan başlayan qiymətlə hərraca çıxarılacaq.

Kulis.az-ın “Reuters”-ə istinadən verdiyini məlumata görə, rəssamın avtoportreti may ayında Kristi Hərrac Evində satılacaq.

Avtoportret 1963-cü ildə kolleksioner Florens Berron tərəfindən 1600 dollara alınıbmış. Hazırda isə Berronun ailə üzvləri əsəri satmaq üçün hərrac evinə müraciət ediblər.

Öz şəklini çəkdirmək istəyən xanım Florens sonradan fikrini dəyişib. “Heç kim məni tanımır. Səni isə hamı görmək istəyir” deyib və Vorholdan öz avtoportretini çəkməyi xahiş edib.

Bu avtoportretdən Endi Vorholun müxtəlif sərgilərinin afişalarında istifadə olunub.

Kristi Hərrac evinin rəsmisi Bred Qorvi pop-artın atası Vorholun avtoportreti ilə bağlı bunları deyib: “Vorhol bu şəkli “ulduzluq dövrü”-nün əvvəllərində çəkib. Qara gün eynəkləri ilə şəkil çəkdirmək onun yeni qlamur mədəniyyətini yaratmaqda olduğuna nümunədir”.

Qeyd edək ki, rəssamın ən bahalı əsəri 1963-cü ildə 100 milyon dollara satılıb. “8 Elvis” adlı əsər dəyərinə görə Pablo Pikasso, Vinsent van Qonq, Qustav Klimt, Cekson Pollokun əsərləri ilə bərabər pillədə dayanır.


Günel Əsgərzadə
# 1593 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news