355 min azərbaycanlı “Facebook”ludur

355 min azərbaycanlı “Facebook”ludur
calendar 12 aprel 2011
clock 15:09
“Facebook” şəbəkəsinə bu ilin ilk üç ayında 80 milyon istifadəçi qoşulub. Hazırda “Facebook”-un 665 milyon istifadəçisi var. Kulis.az “Socialbakers” saytına istinadən xəbər verir ki, istifadəçi sayının bu ilin axrına kimi 700 milyonu keçəcəyi təxmin olunur.

“Facebook” sosial şəbəkəsində istifadəçi sayına görə ABŞ 154 milyon 971 min 340 istifadəçi liderlik etməkdədir. İkinci və üçüncü yerləri isə uyğun olaraq İndoneziya və İngiltərə tutur. Qonşu Türkiyə isə siyahıda 27 milyon 482 min 720 istifadəçi ilə dördüncüdür.

213 ölkənin statistikasını əks etdirən siyahıda Azərbaycan 96-cı yeri tutur. Azərbaycanda son 3 ayda istifadəçilərin sayı 17 % artmaqla 355 min 640-a çatıb.

Bizdən 10 pillə qabaq olan ölkə Gürcüstandır. Burda istifadəçilərin sayı 19 % artımla 545 min 260 olub.

Facebook istifadəçilərinin sayına görə ölkələrin beşliyi bu cürdür:

1. ABŞ – 154 milyon;
2. İndoneziya – 34 milyon 850 min 920 istifadəçi;
3. İngiltərə – 30 milyon 257 min 300 istifadəçi;
4. Türkiyə - 27 milyon 482 min 720 istifadəçi
5. Hindistan – 23 milyon 42 min 800 istifadəçi.
# 1111 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news