Kamyunu KQB öldürüb

Kamyunu KQB öldürüb
calendar 8 avqust 2011
clock 09:52
Rəsmi versiyalara görə, avtomobil qəzasında ölən fransız yazıçısı və filosofu, Nobel mükafatçısı Alber Kamyunun sovet DTK-sı (KQB) tərəfindən öldürülməsi iddiaları ortaya atılıb.

Kulis.az-ın İtaliyanın “Corriere della Sera” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb Kamyunun SSRİ-nin ünvanına tənqdi fikirlə səsləndirməsi ola bilər.

Bu haqda çex şairi və tərcüməçisi Yan Zabranın gündəliyini araşdıran italyan alimi və şairi Covanni Katelli məlumat verib.

Zabranın gündəlyində yazılıb: ”Mən çox bilgisi olan və yaxşı məlumatlandırılmış mənbələri olan adamın dilindən bir şey eşitdim. Onun sözlərinə görə, Kamyunun ölümü rus casusları tərəfindən təşkil edilib. Qəzaya səbəb avtomobil şinlərinin zədələnməsi olub”.

Əmr 1956-57-ci illərdə SSRİ xarici işlər naziri vəzifəsini tutmuş Dmitriy Şepilov tərəfindən verilib. 1957-ci ilin martında fransız jurnallarından birində yayımlanan məqaləsində Kamyu SSRİ-ni Macarıstanda baş verən hadisələrə görə ittiham edib. Yazıçı məqalədə Macarıstandakı qanlı hadisələri “Şepilovun qırğını” adlandırıb.

Kamyu SSRİ-ni həm də digər Nobel mükafatçısı Boris Pasrternakı və onun “Doktor Jivaqo” romanını dəstəklədiyinə görə də qıcıqlandıra bilərdi. Bu səbəbdən Moskvanın onu öldürməsi üçün səbəbləri çox idi.


Rəna NEVZAT
# 1308 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news