Dublin: bir şəhər, bir kitab

Dublin: bir şəhər, bir kitab
calendar 10 avqust 2011
clock 10:27
Dünya ədəbiyyatına böyük yazarlar bəxş etmiş İrlandiyada hər il keçirilən “Dublin: bir şəhər, bir kitab” festivalının gələn il oxunacaq kitabı artıq bəlli olub. Aprel ayında keçiriləcək festivalda Ceyms Coysun “Dublinlilər” kitabı oxunub müzakirə olunacaq.

Yazıçının “Dublinlilər” əsəri İrlandiyanın ədəbi icmasında zəlzələ təsiri oyadıb və nəticədə onun bütün nüsxələri yığılıb məhv edilib. Hazırda Coysun müəlliflik hüquqları ilə Fransada yaşayan nəvəsi Stefan Coys məşğul olur. Gələn ilki festivala onun da qatılacağı gözlənilir.

İrland oxucular hər il bu festival çərçivəsinə bir ay bir yazıçının əsərini oxuyub müzakirəyə çıxarırlar. Builki festivalda oxunan əsər Cozef O`Konorun “Ruh işığı” əsəri olub.

Festivalda indiyədək oxunan əsərlər arasında Flan O`Brensin “Üzən iki quş”, Sebastian Berrinin “Uzun, uzun yol”, Conatan Sviftin “Qulliverin səyahəti”, Oskar Uayldın “Dorian Qreyin portreti” əsərləri var.

Günel ƏSGƏRZADƏ
# 1108 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news