Coco Chanel alman casusu imiş

Coco Chanel alman casusu imiş
calendar 17 avqust 2011
clock 11:41
Amerikan jurnalist Hol Voan (Hal Vaughan) məşhur dizayner Koko Şanelin (Coco Chanel) həyatından bəhs edən yeni kitabını dərc edib.
“Düşmənlə yatmaq: Koko Şanelin gizli mübarizəsi” adlı kitabda fransız modelyerin II Dünya Müharibəsində almanlara casusluq etməsi iddiaları yer alıb.

Bundan başqa, kitabda “Time” jurnalı tərəfindən “Yüz ilin ən vacib 100 insanı” arasında yer alan Koko Şanelin yəhudilərdən və komunizmdən nifrət etdiyi, alman xarici siyasətinə və Hitlerə dərin pərəstişindən yazılıb.

Ləqəbi “Westminster” olan Şanel nasistlərin Paris işğalı dövründə bir çox alman zabiti ilə münasibət yaşadığı məlumdur. 1939-cu ildə II Dünya Müharibəsi başlayanda “Moda aləminin filosofu” adlandırılan Şanelin moda evləri, butikləri bağlanıb, adı siyasi qalmaqallarda hallanmağa başlayıb. Hətta 1944-cü ildə həbs də olunub. Həbsdən isə onu Uinston Çerçil çıxara bilib, bir şərtlə ki, Şanel Fransanı bir müddətlik tərk etməlidir.

Uzun müddət İsveçrədə yaşayıb, yenidən sevimli işi və vətəninə qayıdan “Madmuazel” 88 yaşında vəfat edib.

Günel ƏSGƏRZADƏ
# 984 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news