Çantasında Fukuyama gəzdirən müğənni

Çantasında Fukuyama gəzdirən müğənni
calendar 18 avqust 2011
clock 21:55
Azərbaycanda müğənnilərin səviyyəsi məlumdur, danışıb başınızı ağrıtmaq istəmirəm.

Qatıldığım televiziya verilişlərinin birində özünün toylar kralı adlandıran müğənninin Azərbaycan Respublikasının himninin müəllifini bilmədiyinin şahid olmuşam.

Yəqin sizin də yadınızda qalıb.

Bu gün Əhməd Şəfəq haqda danışmaq istəyirəm.

Respublika Sarayındakı konserti əsl anşlaq olmuşdu.

Mahnıları da xoşuma gəlirdi.

Musiqidən çox mətnə, sözə vurğu edən, sənəti sənət üçün deyil,
xalq üçün yaradan bir missiyanın daşıyıcısıdır Əhməd Şəfəq.

Qatıldığı bir televiziya proqramında “Qurdlar Vadi”sindəki Çakırın (Oktay Kaynarca) “sənətçi öz işini yaxşı görməlidir, o cəmiyyət üçün model deyil” sözlərinə cavab kimi “siz o teleserialda öləndə xalqımız hüzür mərasimi verdi, deməli xalq təkcə sizin sənətinizlə maraqlanmır” kimi cavab verən bir adamdır Əhməd Şəfəq.

O böyük missiyasını anlayır.

Anlayır ki, yalnız mahnı oxumaqla iş düzəlmir.

Ölkəsi üçün sənətininin əhəmiyyətini anlayır və bu missiya üçün oxuyur.

Bu missiya onu hüdudsuz elm, fəlsəfə siyasət kuluarlarına sürükləyir.

Onunla cəmi iki dəfə görüşmüşük.

İlk görüşümüzdən heyrətə gəldim.

Bu adam siyasət, fəlsəfə professoru idi yoxsa müğənni?

Marksizmi də çox gözəl bilirdi, liberalizmi də.

Amerikan neokonları haqda saatlarla danışırdı.

Antiimperialist, milliyyətçi duruşu vardı.

İkinci dəfə çantasını açdı, 7 kitab çıxdı çantasından, biri Fukuyamanın idi.

Kitab mağazalarını ələk-vələk edirdi.

Dünya klassiklərini çox gözəl bilirdi, Viktor Hüqodan tutmuş, Milan Kunderasına, Dostoyevskidən tutmuş Kafkasına qədər.

İllərdir bu ölkədə antiamerikan mövqeyimi bölüşməyə bir adam tapmırdım.

Əhməd Şəfəq bu gözləntimə son qoydu.

Bütün bunlara görə Əhməd Şəfəq mənim üçün bir müğənnidən də üstündür, bir filosof, bir düşüncə adamı, bir mütəfəkkirdir.
# 1053 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news