Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü seçilib
Azərbaycanın və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının (AEİA) incəsənət bölməsi üzrə həqiqi üzv seçilib. Bu qərar AEİA senatının iclasında Akademiyanın nominasiyalar üzrə komitəsi tərəfindən qəbul edilib.
Kulis.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, 2012-ci il martın 13-də təntənəli plenar iclas keçiriləcək. Rəssama bu Akademiyanın üzvlük şəhadətnaməsinin həmin iclasda təqdim edilməsi planlaşdırılır.
Hazırda Avropa Elm və İncəsənət Akademiyasının 1400-dən çox üzvü var. Onun ən məşhur üzvləri Roma Papası XVI Benedikt və 28 nəfər Nobel mükafatı laureatıdır. Akademiya Avropada fəaliyyət göstərən transmilli fənlərarası təşkilatdır.
Avropa Elm və İncəsənət Akademiyası yeddi bölmədən ibarətdir: humanitar elmlər, tibb elmləri, incəsənət, təbiət elmləri, sosial elmlər (hüquq və iqtisadiyyat da daxil olmaqla), texniki elmlər (ətraf mühitin mühafizəsi də daxil olmaqla) və dünya dinləri bölmələri. Bütün bu bölmələrdə müxtəlif layihələr həyata keçirilir, seminarlar və simpoziumlar təşkil edilir.

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024