Antalya Böyükşəhər Bələdiyyəsinin və AKSAV-ın təşkil etdiyi “İsmayıl Cem Televiziya Mükafatları” festivalın baş sponsoru tanınmış azərbaycanlı iş adamı Telman İsmayılov olub.
- Qum saatını küçəyə boşaldır bir qadın - Fərid Hüseynin şeirləri
- "Keçmiş ərim deyir ki, təzədən kəbin kəsdirək..." - "Qaraca qız"-ın Xədicəsi ilə müsahibə
- Aktrisa 41 yaşında universitetə qəbul olub
Kulis.az-ın “Milliyət” qəzetinin saytına istinadən yaydığı məlumata görə, ilk dəfə keçirilən festival televiziyaların və şou əhlinin böyük marağına səbəb olub. .
Festival T.İsmayılovun “Mardan Palace” otelində keçirilib və Antalya Böyükşəhər Bələdiyyəsinin 46 ildir təşkilatçılıq elədiyi “Qızıl Portağa”ı öz möhtəşəmliyi ilə geridə qoyub. Hətta türk kinematoqrafların fikrincə, bu festival bir neçə il içərisində “Qızıl Portağal”dan daha məşhur ola bilər.
Maraqlı məqamlardan biri budur ki, azərbaycanlı iş adamı ilə Antalya Böyükşəhər Bələdiyyəsi başqanı Mustafa Akayd arasındakı münasibətlər yaxşı deyil. Çünki bələdiyyə başqanı məşhur otelin açılış mərasimində iştirak etməkdən imtina etmişdi.
Amma İsmayıl Cem adına film festivalı Antalyaya 1,5 milyard dollarlıq investisiya azərbaycanlı iş adamı ilə başqanın arasındakı buzları əridib. Festivalın baş sponsoru olan T.İsmayılova bütün tədbir boyu bələdiyyə başqanı M.Akayd hər fürsətdə təşəkkürlərini bildirib.