Ssenarisi və rejissorluğu Coliyə aid “Qan və bal ölkəsində” adlı filmin ABŞ premyerasının dekabr ayında, Avropa premyerasının gələn ilin əvvəllərində olacaq.
- Tuneldə boğulan, rahat yaşamağı unudan adamlar... - Heç bir şəhərə oxşamayan Bakı
- Eşq nənəmin ilk şeytani günahından başlayır - Fəridənin yeni şeirləri
- "Övladlarınıza təhsil verin, bəlkə, onlardan adam oldu" - Hikmət Rəhimov
Filmdə baş rolu oynayacaq bosniyalı aktyor Branko Kuriç Coli ilə Xorvatiyanın Briyuni adasında görüşdüklərini və buradakı premyera haqqında danışdıqlarını bildirib.
Ancelina Colinin keçmiş Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoya tez-tez gəlməsini isə Kuriç belə şərh edib: “Sarayevonu çox fərqli bir yer kimi görür. Bu şəhərdən həmişə böyük həyəcanla danışır”.
Çəkildiyi filmlərdə uğurlu olan aktrisa film çəkməkdə yenidir. O,
bundan əvvəl 2007-ci ildə “Vaxtında məkan” adlı filmin rejissorluğunu edib. 2005-ci ildə iki filmdə prodüser kimi çalışıb.
Günel ƏSGƏRZADƏ