ABŞ vətəndaşları siqareti necə tərgitdi?

ABŞ vətəndaşları siqareti necə tərgitdi?
calendar 29 avqust 2011
clock 06:00
Amerikada bir insanın siqaret çəkməsi
ətrafında o insanın uğursuz imicini yaradır.
Orxan Pamuk



Yəqin bilirsiniz, artıq Amerikada siqaret çəkmək dəbdə deyil, çəkməmək dəbdədir. Bəs görəsən, Amerika qısa müddət ərzində siqaret çəkməyi ayıb hesab edən amerikalıları yaratmağa necə nail oldu? Siqaret çəkənləri ürəkləri istəyən yerdə tüstü fısqırtmaqdan necə utanacaq vəziyyətə gətirdi?!

Əlbəttə, hələ də çəkənlər var və siqaret hər yerdə açıq şəkildə satılır. Amma gündə 1 qutu çəkirsənsə, deməli ayda 360 dollarından keçməlisən. Hazırda Amerikada siqaretin ən ucuzu 10 dollaradır. Bu pulu ödəyib almaqla da iş bitmir, onu çəkmək üçün də gizlin yer tapmaq lazımdı.

Çünki amerikanlar artıq siqareti kimsəyə göstərmədən çəkməyə qərar veriblər. “Varlı ölkədir və onlar üçün bu məbləğin o qədərə də əhəmiyyəti yoxdur” deyənlərin nəzərinə - orta statistik amerikalı üçün bu, ciddi puldur, yəni onun yaşayışına birbaşa təsir edir. Son 10 ildə bu ölkədə siqaretlə mübarizə məsələsində kütləvi zehniyyət dəyişməsi baş verib. Bağlı yerlər öz yerində, hətta açıq havada belə siqaret çəkilmir.

Başqa sözlə, körpələr yetkinlik yaşına çatana qədər siqaretin üzünü belə görməyəcəklər. Nyu York kimi böyük şəhərlərdən uzaqda siqaretə olan düşmənçilik daha açıq-aydın hiss olunur. Heç kimin diqqətini özünə cəlb etmədən, hamıdan uzaqda, bir ağacın altında siqaret sümürən adamın utandığı sir-sifətindən bəlli olur. Deyəsən, yaxın günlərdə evdə, küçədə, maşında siqaret çəkənlərə də cəza tətbiq olunacaq. Bir sözlə, hava hamınındır və hanı təmiz hava udmalıdır!

Bəs bizdə vəziyyət necədir?! Yəqin bu barədə danışmağa dəyməz. Azərbaycanda təmiz hava udmaq az qala müşkülə çevrilib. “Amerikalılardan nəyimiz əskikdir” deyənlərə tutarlı cavab – elə lap başda pis vərdişdən imtina edə bilməməyimiz!


Vüqar QURDQANLI
“Habertürk” qəzetindəki məqalə əsasında hazırlanıb.
# 1957 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news