“Azərbaycan xalçaları-Qarabağ qrupu” broşürü çap olunub

“Azərbaycan xalçaları-Qarabağ qrupu”  broşürü çap olunub
calendar 1 sentyabr 2011
clock 11:19
Kulis.az-ın məlumatına görə, “Azər-İlmə” “Azərbaycan xalçaları-Qarabağ qrupu” adlı broşür nəşr etdirib.

Xalçaçılıq tarixində ilk dəfədir ki, fundamental elmi tədqiqatlar nəticəsində ərsəyə gələn bu broşürda Qarabağ xalçalarının özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri, toxunma texnologiyası, rəng və kompazisiya həlli hərtərəfli, geniş tədqiq olunub. Broşürda iyirmiyə yaxın əntiq xalça nümunələri və onların bədii təsviri, Qarabağın bütün rayon və şəhərlərinin xalçaçılıq ənənələri haqqında məlumatlar verilib.

Xalçaların özünəməxsus çeşniləri, rəngləri, naxış və ornametlərindən bəhs edən “Azərbaycan xalçaları: Qarabağ qrupu” broşürü Qarabağ xalçaları həqiqətlərini altı dildə bütün dünyaya çatdırır. Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan broşürün beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu broşürda yer alan əntiq və müasir Qarabağ xalçaları “Azər-İlmə”nin kolleksiyasında qorunur.
Layihənin rəhbəri dosent Vidadi Muradovdur. Layihə üzərində həmçinin tarix elmləri doktoru Kərim Şükürov və sənətşünas Asiya Şirəliyeva da çalışıblar.
# 1259 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news