Yoldaş Bağırov, mənim nikahdankənar qızım var

Yoldaş Bağırov, mənim nikahdankənar qızım var
calendar 8 sentyabr 2011
clock 11:35
Azərbaycan K (B) P Mərkəzi Komitəsi M.C.Bağırov Yoldaşa

Siz dəfələrlə xəbərdarlıq etmisiniz ki, partiya üzvü öz ictimai və şəxsi həyatında heç bir faktı partiyadan gizlətməməlidir. Mənim ictimai həyatım respublikanının Partiya Təşkilatının gözü qabağında olmuşdur.

Fəaliyyətimin müsbət cəhətlərin də, səhvlərim və nöqsanlarım da Sizə yaxşı məlumdur. Bu cəhətdən partiyamız qarşısında vicdanım təmizdir. Ancaq obıvatelcəsinə hissə qapılaraq, həyatımda baş vermiş bir fakt barədə Sizə indiyədək bildirməmişəm.

İş burasındadır ki, mənim Zamirə Ibrahimova adlı qızım vardır. 1938-ci il mart ayında Leninqradda doğulmuşdur. Anası Leninqrad şəhəri Vasilyev Adaları, 12-ci xətt küçəsi, ev 15, mənzil 4-də yaşayan və uşaq müəssisələrində işləyən vətəndaş Nina Fyodorovna Buslevadır. Onunla tanışlığımız 1936-cı ilin sonlarında Leninqradda təhsil aldığım dövrdə olmuşdur.

Mirzə İbrahimov
15 yanvar 1952-ci il

Qısa arayış: Mirzə İbrahimov 1911-ci ildə anadan olub. SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan Mirzə İbrahimov burda Cəlil Məmmədquluzadə haqqında namizədlik dissertasiyası müdafiə etmişdir. Məktubda göstərilən hadisə də bu zaman baş verib.

Məktubun yazılma səbəbini gəlincə. Bu dövrdə Mirzə İbrahimova qarşı total hücumlar başlamışdı. Nigahsız övlad məsələsinin də gündəmə gətiriləcəyindən ehtiyat edən İbrahimov özü bu barədə Bağırova məlumat verməyi məqsədəuyğun saymışdır.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan bu məktub Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabının 70-ci səhifəsində çap olunub.
# 1718 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news