Amerika Əhmədinejat haqda film çəkir

Amerika Əhmədinejat haqda film çəkir
calendar 9 sentyabr 2011
clock 11:11
Məşhur amerika rejissor Oluver Stoun İran prezidenti Mahmud Əhmədinejat haqda sənədli film çəkməyi planlaşdırır. Kulis.az-ın Fars informasiya agentliyinə istinadən verdiyi xəbərə görə Stoun sentyabrın 26-sı İrana səfər edəcək. Rejissorun oğlu Şon artıq İrandadır və çəklilişlərə hazırlaşır.

Stoun Fidel Kastro və Uqo Çaves haqda da filmlər çəkib və bu lentlər Amerikada narazılıqla qarşılanıb. Tənqidçilər rejissoru latinamerikalı siyasətçilərin obrazını ideallaşdırmaqda ittiham edirlər.

İran prezidenti ümid edir ki, Stoun onun da pozitiv obrazını yaradacaq. Məlumatlara görə Əhmədinejat ssenarini əvvəlcədən oxumaq istəyib.

Çəklilişlərə icazə alan rejossor qeyd edib ki, sənədli film islam dinini və Əhmədinejatı müsbət yöndən işıqlandıracaq.

İranın konservativ "Kayhan" qəzeti isə bu layihəyə qarşı gedərək Stounu tənqid edib. Qəzet Stounu İrana nifrət edən Makedoniyalı İsgəndərdən qəhrəman düzəltdiyinə və 11 sentyabra həsr olunan „Əkiz qüllələr“ filmində islam dünyasını təcavüzkar obrazını yaratdığına görə ittiham edib.

Qeyd edək ki, Stoun „Uoll strit“, „Qatil doğulmuşlar“, „Aleksandr“, „Kiçik Buş“ və s. filmlərin müəllifidir.


Rəna Nevzat
# 1067 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news