Çində Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Çində Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
calendar 9 sentyabr 2011
clock 11:28
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovla görüşüb.

Görüş zamanı mədəniyyət və turizm sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün qarşılıqlı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Çində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.

Çinin Tövsiyə Edilən Turizm Ölkələri Statusu (TETÖS) alan ölkələrin siyahısına daxil edilməsi üçün saziş imzalanması, Çində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması və 2012-ci ilin payızında Azərbaycanda Çin mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub.

Daha sonra Azərbaycan ilə Çin arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Ə. Qarayev həmçinin Azərbaycanın Cənubi Afrika Respublikasına təyin olunmuş səfiri Elxan Poluxovla da görüşüb. Ə.Qarayev CAR ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində onun müsbət rol oynayacağına və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

APA
# 886 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news