11 sentyabr tapmacası

11 sentyabr tapmacası
calendar 11 sentyabr 2011
clock 07:00
On il əvvəl olmuşdu bu hadisə.

Bütün dünyanın gözü Amerikaya diklənmişdi.

İçində terroristlərin olduğu “American Airlines”ə məxsus Boing Ümumdünya Ticarət Təşkilatının yerləşdiyi binalara çırpılmışdı.

Hadisə Amerika vaxtıyla saat 8:46-da baş vermişdi.

09:03-də ikinci təyyarə o digər əkiztaya çırpıldı.

40 dəqiqə sonra başqa bir təyyarə Pentaqonun binasına çırpıldı.
Pentaqonun binasının vurulmasından 25 dəqiqə sonra hava hücumundan müdafiə qüvvələri Ağ Evə hücum etmək istəyən bir təyyarəni vurdular.

Hadisə baş verən zaman dönəmin prezidenti Corc Buş məktəblərdən birində ibtidai sinif şagirdlərinə kitab oxuyurdu.
Dərsin ortasında məmurlardan biri biri hiss etdirmədən baş vermiş hadisəni Buşun qulağına pıçıldadı.

O bir müddət heç nə olmamış kimi oxumağa davam elədi. Nə düşündü bu müddətdə?

Bu hadisə superdövlətin əzəmətinə, qüdrətinə ciddi zərbə oldu.
Amerika kimi bir dövlətin belə bir terror hadisəsi ilə sarsılması gözlənilməz idi.

ABŞ hava hücumundan müdafiə qüvvələri ilk təyyarənin çırpılmasından ötən bu böyük vaxt ərzində nədən digər təyyarələri zərərsizləşdirə bilməmişdilər?

Torrorçular beş ədəd boinqi hansı üsulla əldə etməyə nail olmuşdular?

Suallar çoxdu, cavab isə yox.

Bu dövlət supermənin yaradıcısı deyildimi?

1987-ci il mayın 28-də gəzinti təyyarəsində Almaniyadan qalxan 19 yaşlı Matias Rust Qırmızı meydanda eniş etdi.

Təəccüblü burası idi ki, onda da SSRİ-nin qüdrətli hava hücumundan müdafiə qüvvələri ölkə səmasındakı naməlum obyekti müəyyən edə bilməmişdilər.

SSRİ-də böyük qalmaqal yaratmış bu hadisənin xüsusi xidmət orqanları tərəfindən hazırlanması faktı inkar edilmir.

Rejissor Maykl Mur isə “Farenqeyt 9/11” adlı sənədli filmində (yeri gəlmişkən 911 təcili yardım xidmətinin nömrəsidir, bu bir təsadüfmü?) 11 sentyabr hadisələrində Corc Buşun şübhəli tərəf olduğunu iddia etmişdi.

Həmən filmdə Buş ailəsinin Ben Laden ailəsi ilə bir sıra ticarət əlaqələrinin olduğu sübut olunmuşdu.

Terrorun dini, irqi, milləti olmaz. O hər kəsi, hər yerdə yaxalayar. İstənilən terror aktı lənətə layiqdir.

11 sentyabr terror aktında minlərlə günahsız insan öldürüldü.
Məlum olaydan sonra ABŞ terrorizmə qarşı müharibə elan edərək Əfqanıstan və İraqa soxuldu.

Terror aktı nəticəsində 3 mindən çox insan öldü, 6 min insan yaralandı.

Bir sıra beynəlxalq təşkilatların məlumatlarına əsasən isə təkcə İraq müharibəsində bir milyondan çox mülki iraqlı öldürdü.

Baş vermiş bu terror aktı qınanıldığı və ildönümü zamanı dünyanın əksər KİV-lərində tirajlandığı halda İraqda baş verənlərin üstündən sükutla keçilir.

Rəqəmlər isə susmazlar.

Onlar hər zaman doğrunu söylərlər.


Mirmehdi AĞAOĞLU
# 1524 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news