Gəlin qayınana problemi həll olunur

Gəlin qayınana  problemi həll olunur
calendar 15 sentyabr 2011
clock 06:00
Yüz illərdir populyarlığını itirməyən mövzu: gəlin-qayınana münasibətləri. Bu sonsuz qarşıdurma o qədər populyardır ki, hətta saysız-hesabsız lətifə, zarafat, bədii əsər və kinofilmlər üçün mövzu qaynağına çevrilib.

Azərbaycanda “qayınana” deyəndə ağla ilk gələn Nəsibə Zeynalovanının canlandırdığı Cənnət xala obrazıdır; “həyasız gəlin” deyəndə Afət; “sakit və başıaşağı gəlin” deyəndə isə Sevda həkim yada düşür…

Bir çox “Cənnət xala”lar həmişə “Sevda”lara rast gəlmirlər, bəzən gəlin qayınanaya dözür, ailəsini dağıtmamaq üçün qatlaşır, bəzən isə “Afət” kimi qayınananın başına “oyun açır”…

Türkiyənin Mərmərə Universitetinin professoru, doktor Mehmet Zeki Aydın evlilik məsələlərində vacib rol oynayan, hətta boşanmalara qədər gedib çıxan gəlin-qayınana arasındakı problemin səbəblərini belə sıralayıb: tez fikir bildirmə, səbirsizlik, xasiyyət fərqlilikləri, başqasını idarə etmə istəyi, qısqanclıq, ruhi xəstəliklər, cahillik...

Cəmiyyətdə gəlin və qayınana deyəndə çox vaxt mübahisə, söz-söhbət, iqtidar və güc mübarizəsi ağla gəlir. Professor Aydın: “Eyni insanı, biri oğlu, digəri həyat yoldaşını sevən iki qadın əvvəlcə həyatı özləri, sonra bütün ailə üçün cəhənnəmə çevirirlər”, - söyləyib.

Uzunmüddətli araşdırmalardan sonra tədqiqatçı mübahisələrin bəzən də inciklikdən qaynaqlandığını bildirib. Anaların oğullarının onları “yad qızı”nın “ayağına verməkdə” günahlandıraraq inciməsi, eyni dərəcədə, gəlinin “mən anana neyləmişəm” sualları boşanmalara qədər gətirir.

Dr. Aydın ananın gəlini qısqanması və onu özünə rəqib görməsi, daha sonra illərlə böyüdüb, boya-başa çatdırdığı oğluna “yad qızı”nın gəlib “hazıra nazir” çıxması kimi qiymətləndirir.

Türk professor gəlin və qayınanalara bəzi tövsiyələr də edib:

- gəlin qayınanaya hər şeydən əvvəl sevdiyi insanın anası kimi baxmağa çalışmalıdır.

- öz anasına necə baxılmasını istəyirsə, qayınanasına da elə davranmağa səy göstərməlidir. Çünki ana yaxşı baxıldığını görsə, ərinə də xoş olacaq və əri də anasının “iynəli” sözlərinə baxmayaraq, bu səylərinə görə həyat yoldaşını sevəcək.

- gəlin yaşca daha gənc olduğu üçün daha çox səbri də o göstərməlidir. Qayınananın bilik və təcrübələrindən yararlanmalı, onunla gülərüzlü və söhbətcil olmalı, bəzən qayınanasını tərifləməyi bacarmalıdır.

- qaynanalar gəlinlərinə düşmən, yad kimi baxmamalı, onlarla öz qızı kimi davranmalıdır.

- qayınana öz böyüklüyünü göstərib, gəlini səhv etsə belə, məsələni şişirtməməlidir.

- gəlininin səhvlərini başqalarının yanında büruzə verməməlidir. Yadların, eləcə də ailə üzvləri, xüsusən də nəvələrinin yanında gəlinini pisləməməlidir.



Günel Əsgərzadə
# 1840 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news