Vudi Alen Sarkoziyə rol seçdi!

Vudi Alen Sarkoziyə rol seçdi!
calendar 18 aprel 2011
clock 11:43
Amerikan rejissor Vudi Alen öz filmlərinin birində Nikola Sarkozini çəkməyə hazır olduğunu deyib.

Rejissor artıq prezidentə hansı rolun yaraşacağını da açıqlayıb.

Fransız jurnallarının birinə açıqlama verən Alen: “Əgər mənim ağlıma nə vaxtsa belə ideya gəlsəydi, çox rahatlıqla Sarkoziyə rol seçərdim. Düşünürəm ki, o, pullu qəhrəman rolunu oynaya bilər” - deyə bildirib.

Alen Sarkoziyə “Bir dəfə Amerikada”, “Yaxşı dostlar” filmlərindəki “yaxşı oğlan” rolunun çox yaraşdığını deyib.

Fransız jurnalist Karla Bruninin epizodik deyil, daha önəmli rollarda oynayacağı şayiələrinə rejissorun münasibətini öyrənib.

Vudi Alen isə “First Lady”nin aktrisa olmaq iddiasında olmadığını deyib.

Qeyd edək ki, Karla Bruni Alenin “Parisdə gecəyarı” filmində epizodik rol oynayıb.

Bu ilki Kann Festivalı da sözügedən filmlə açılacaq.
# 1310 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news