Toronto Film Festivalının qalibi livanlı rejissor oldu

Toronto Film Festivalının qalibi livanlı rejissor oldu
calendar 21 sentyabr 2011
clock 12:09
Son illərdə Oskarın müjdəçisi sayılan Beynəlxalq Toronto Film Festivalının builki qalibi livanlı rejissor Nadin Labakinin “Hara gedirik indi?” adlı filmi olub.

Müharibədən zərər görən bir kənddən bəhs edən film Toronto Film Festivalında Oskarın müjdəçisi olan Tamaşaçıların Seçimi Mükafatını (People’s Choice Award) qazanıb.

Livanlı Nadine Labakinin filmində müsəlman və xristianların yaşadığı kəndin hekayəsini anladır. Filmdə qadınlar inadkar ərlərini din müharibəsindən uzaq tutmaq üçün fərqli üsullara əl atmalı olurlar.

Bu ilin Kann Film Festivalında premyerası keçirilən film, gələn il Oskar və Akademiya Mükafatlarında “Ən yaxşı xarici film” kateqoriyasında yarışacaq.

Keçən il “Tamaşaçıların Seçimi Mükafatını” İngiltərə istehsalı olan “Kralın nitqi” filmi “Ən yaxşı film mükafatı” da daxil olmaqla 4 Oskar, ondan əvvəlki il seçilən “Xarabalıqdan olan milyonçu” filmi isə 7 Oskar heykəlinə sahib olmuşdu.

Günel ƏSGƏRZADƏ
# 979 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news