2013-cü ildə inşasının başa çatdırılması gözlənilən binanın tikintisinə artıq başlanıb.
- “Tağıyev: Neft” bədii filminin premyerası oldu
- “Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir
- Türkan Şoraya fəxri doktor adı verilib
“Elmlər Akademiyası” stansiyasının arxasında tikiləcək bina 0,9 hektar ərazidə inşa olunur. Onun ərazisi 38 000 kvadratmetr olacaq. Binanın zirzəmisində avtomobil dayanacağı yaradılacaq.
Binanın 1-ci mərtəbəsində kafeteriya, muzey, bərpa mərkəzi, 2-6-cı mərtəbələrdə 1,3 milyon cild kitabın saxlanacağı fond, 1100 nəfər üçün nəzərdə tutulmuş oxu zalları, elmi-tədqiqat şöbələri, konfrans zalları, administrativ şöbə və s. yaradılacaq.
7-ci mərtəbədə kitab və xəritələrin qiymətli nüsxələri saxlanılacaq. Fərdi oxu zalları da olacaq. Binada müasir liftlərin və eskalatorların quraşdırılması da nəzərdə tutulub.
Günel ƏSGƏRZADƏ