Kənan Doğulu: “Bu, bir pop konsertidir”

Kənan Doğulu: “Bu, bir pop konsertidir”
calendar 24 sentyabr 2011
clock 14:21
Kənan Doğulunun Bakıda konserti oldu.

Səhv etmirəmsə, bu, müğənninin Bakıda ikinci böyük konserti idi.

Konsert qeydlərimi paylaşmaq istəyirəm.

Öncə Kənan haqda

Kənan 90-cı illərdə səhnəyə atılan, daha çox 2000-ci illərdə
parıldayan musiqiçidir.

2007-ci ildə Eurivisionda Türkiyəni dördüncü yerə çıxaran adamdır.

Hər yeni musiqisi sevilən, hitə çevrilən birisidir.

Kənan bizim müğənnilər kimi savadsız deyil. Əvvəlcə Türkiyədə, sonra isə ABŞ-da təhsil almış adamdır.

Qərbə üz tutanda çox insan Şərqli kimliyini danmağa çalışır.

Amma Kənan öz soyadında Doğulu (yəni şərqli) sözünü daşıyır.

Kənan Bakıdakı Yaşıl teatrda konsert verdi. Bilet tapadığımızdan ayaq üstə dinlədik Kənanı.

Əvvəl bizim mahnılardan birini oxudu. Arada çətinlik çəksə də...

Sonra “Sən mənim ən qiymətlimsən” – dedi...

Sonra “Festival kimisən, qatılmaq istəyirəm”- dedi...

Havaya eşq qoxusu yaydı...

Dinlədik, əyləndik, şənləndik...

Bizimkilər

Bizimkilər yenə də bizimkilərdi...

Yaşıl teatrda birinci dəfəydi olurdum. Gözəl düzəldiblər. Konsert üçün əla yerdi.

Çox təəssüf ki, konsert zamanı təhlükəsizlik məsələləri ilə məşğul olan qara kostyumlu adamlar insanlarla çox kobud davranırdılar.

“Önəmli olan birinci cərgələrdə oturan VİP qonaqlardı” ədası ilə davranmaqlarını xüsusi olaraq qeyd etməliyəm.

Arxada oturan, doğurdan da Kənan Doğulu heyranı olanlarla, birtəhər içəri keçib ayaq üstə dayananlarla qaba davranırdılar.

Çəkilişə mane olurdular.

Görünür, bizdə insanların bir-biri ilə davranış mədəniyyəti hələ formalaşmayıb.

Bizim insanların əyləncədən kənar olduqlarını burda da görmək olurdu.

Sanki simfonik musiqi dinləmək üçün gəlmişdilər.

Elə buna görə də Kənan Doğulu bir atmaca atdı bizim tamaşaçılara: “Bu bir pop konsertidir”.

Elmin HƏSƏNLİ
# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news