Pulitzer qalibləri açıqlandı

Pulitzer qalibləri açıqlandı
calendar 19 aprel 2011
clock 14:07
ABŞ ədəbiyyatı və jurnalistikası üçün ən önəmli mükafatlardan sayılan Pulitzerin qalibləri açıqlanıb. Bu il qızıl medala sahib olan isə The Los-Anceles Tayms qəzeti olub.
Los Anceles Tayms “Cəmiyyətə xidmət” nominasiyası üzrə qızıl medala layiq görülüb. Mükafat qəzetin Kaliforniyanın Bell adlı şəhərində korrupsiya əməliyyatının üstünü açmağına görə verilib. Hazırlanan reportajdan sonra aidiyyatı orqanlar maraqlanıb və korrupsionerləri həbs ediblər.
Los Anceles Taymsın ikinci mükafatı isə “Fotoreportaj” kateqoriyasında olub. Fotoqraf Barbara Devidsonun reportajı Los-Anceles küçələrində qanqster döyüşlərinin qurbanları haqda olub.
Digər nominasiyalar üzrə Bloomberq News, Wall Street, Nyu-York Tayms, Vaşinqton Post qəzetlərinin jurnalistləri də mükafatlanıblar.
Nyu-York Tayms da iki nominasiya üzrə qalib olub: “Beynəlxalq reportaj” və “Şərhlər”.
Qeyd edək ki, Pulitzer ABŞ-ın ən prestijli mükafatlarından sayılır. Bu mükafatın alanlar arasında Uilyam Folkner, Ernest Heminquey, Artur Miller, Harper Li və həmçinin Bob Dilanın adına rast gəlmək olur.
# 1193 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news