Casusluqda ittiham olunan AYB üzvü danışdı:

Casusluqda ittiham olunan AYB üzvü danışdı:
calendar 19 iyul 2012
clock 17:19
“Gündəminfo.az” saytı iki aydan çoxdur ki, İranda girov saxlanılan şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynin İrana səfərinin təşkilatçısı kimi güneyli şair Sayman Aruzu ittiham edib. Sayta daxil olan məlumata görə şairlərimizi İrana aldadıb aparan Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin rəhbəri S. Aruzdur. Sayt Bakıda yaşayan şairi 2004-2005-ci illərdə İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində çalışdığını da iddia edib. Deyilən iddialara güneyli şairin münasibətini öyrəndik.

Haqqında yazılanları gülünc və şantaj xarakterli hesab edən S. Aruz şairlərin İrana səfərində iştirak etmədiyini bildirdi: “Mən bu haqda indi sizdən eşidirəm. Onların ailələrinin dedikləri haqda da məlumatım yoxdur”.

Girovda saxlanılan şairlərdən yalnız Fərid Hüseynlə səfərdən əvvəl görüşdüyünü bildirən şair onların şeir festivalında belə iştirak edəcəklərindən xəbərsiz olub: “Uşaqların ora səfərindən mənim xəbərim olmayıb. Sadəcə olaraq Fərid mənə demişdi ki, ora getmək istəyir, yol pulu, otel xərci barədə soruşmuşdu. Mən onların səfərini nə təşkil etmişəm, nə də ki, onları ora göndərmişəm. Mən ədəbiyyatçıyam, güney ədəbiyyatını təbliğ edirəm. Hətta Şəhriyarın belə gedəcəyini bilməmişəm. Fərid bu haqda danışmamışdı, sadəcə, 1-2 nəfər dostu ilə gedəcəyini demişdi. Şair Duman Ərdəmin əlaqə telefonunu vermişdim. Şair kimi görüşmələrinə şərait yaratmaq istəmişdim”.

İran səfirliyinin Mədəniyyət Mərkəzində işləməsini də boş və mənasız sayan şair bütün bunları güneylilərə qarşı təzyiqin növbəti dalğası adlandırdı.

Kulis.az Şəhriyar Hacızadənin atası Hacı Maillə əlaqə saxlayıb. Hacı Mail də oğlunun Sayman Aruz vasitəsi ilə İrana getdiyini bildirib.
# 1111 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news