Uşaqlar Birliyinin “Çərpələng uçuranlar”ı

Uşaqlar Birliyinin “Çərpələng uçuranlar”ı
calendar 20 iyul 2012
clock 16:18
Azərbaycan Uşaqlar Birliyi (AUB) ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi ilə “Eşidilməyən Səslər - Uşaqlara Qarşı Məcburi Əməyə Son” adlı layihə həyata keçirir. Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək, “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasına dəstək verməkdir.


Başqa sözlə, insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardım xidmətləri göstərməkdir. Bu ilin iyul ayından icrasına başlanan layihə 11 ay müddətində həyata keçiriləcək, Bakı şəhərini və onun ətraf ərazilərini, o cümlədən, Azərbaycanın Gəncə və Yevlax rayonlarını əhatə edəcək. İlk növbədə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara hədəf regionlarda mobil olaraq hüquqi, sosial, tibbi və psixoloji yardımlar göstəriləcək. Müvafiq dövlət strukturları ilə əməkdaşlıq edilərək layihəyə cəlb olunan sənədsiz uşaqlar şəxsiyyət vəsiqəsi və digər müvafiq hüquqi sənədlərlə təmin ediləcəklər. Uşaq və yeniyetmələrin sosial çarxların hazırlanması, flaşmobların təşkili, “Çərpələng uçuranlar” və “Küçə rəssamları” kimi sosial reinteqrasiya fəaliyyətlərinə cəlb olunmalarını təmin etmək nəzərdə tutulub.


Layihənin ikinci fəaliyyət istiqaməti layihənin əsas nəticələrini təqdim etmək və uşaq alverinə qarşı mübarizəyə kömək edəcək alternativ qayğı modelinin qəbulu ilə bağlı müzakirə aparmaq üçün müvafiq dövlət strukturları və parlament nümayəndələrinin iştirakı ilə Bakıda “Eşidilməyən səslər” adlı milli görüş keçirməkdir. İctimai vəkillik səylərinin gücləndirilməsi məqsədi ilə AUB Azərbaycanda insan alveri problemi və mübarizə yollarını müzakirə etmək üçün yerli və beynəlxalq QHT-lər, hökumət orqanları və özəl sektorla görüşlər təşkil edəcək. Cəmiyyətdə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan kimsəsiz uşaqların effektiv sosial reabilitasiyası və dəstək mexanizmlərinin gücləndirilməsi üçün hazırlanmış təkliflər və uğur qazanmış təcrübələr “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı” çərçivəsində icra olunması üçün tövsiyə olunacaq.
# 2224 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news