Bir əlində telefon, birində zopa...

Bir əlində telefon, birində zopa...
calendar 1 avqust 2012
clock 11:15
Ağ Evin rəsmi saytında maraqlı bir foto yayımlanıb. Telefonla danışan ABŞ prezidenti o biri əlində beysbol zopası tutub. Bu şəkil ABŞ-da böyük marağa səbəb olub və müzakirələrə yol açıb.
Jurnalistlər Barak Obamanın əlindəki zopa ilə nəyə işarə etdiyi ilə maraqlanıblar. Ağ Evin gündəlik mətbuat konfransında rəsmilərdən biri Jay Qarney foto ilə bağlı sual yağışına tutulub. Jurnalistlərdən biri taxta, yoxsa alüminium olması ilə maraqlanıb. Başqa bir jurnalist isə zopanın peşəkar bir beysbolçudan xatirə olub-olmadığını soruşdu.

Maraqlı məqamlardan biri budur ki, Barak Obama həmin vaxt Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla danışırmış. 36 dəqiqəlik telefon danışığının əsas mövzusu Suriya imiş. Jurnalistlər Qarneydən onu da soruşublar ki, bu foto ABŞ-ın xarici siyasətini simvolizə edir, ya yox.

Ağ Ev rəsmisi Qarney isə sadəcə bunu deyib ki, Obama beysbol fanatıdır və “Chicago White Sox” komandasına azarkeşlik edir. Qarney əlavə edib ki, təfərrüatlar üçün fotonu incələyəcək.
# 1532 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news