Hitler bığının formasını ondan götürmüşdü

Hitler bığının formasını ondan götürmüşdü
calendar 21 aprel 2011
clock 03:00
Aprelin 16- da dünya kinosunun dahi aktyor və rejissorlarından biri Çarli Çaplinin 122 yaşı tamam oldu.

Yoxsulluqda doğulan Çaplin sonralar filmləri hesabına varlandı,
kinonun əfsanəsinə çevrildi və qadınların qəlbini fəth etdi.

Çarli Çaplin haqda 10 maraqlı faktı təqdim edirik.

- Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalniz müsabiqədən kənar Oskara layiq görülüb.

- Amerikada 40 ildən çox yaşasa da bu ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük Britaniya vətəndaşı olub.

- Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.

- Çaplin “Böyük diktator” filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.

- Çaplin - fotosu Time jurnalının üz qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci ildə o, cəngavərlik titulu almışdı.

- Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.

- Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta etmişdi.

- 1928- cil ildə çəkdiyi “Sirk” filmində qulağına mobil telefona oxşayan qurğu tutan qadın təsvir edilib.

- “Qadın istənilən kişi milyarderi milyonçu edə bilər” və “Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar” məşhur fikirlərinin müəllifidir.

- Çaplinin gözləri mavi olub.


Rəna Nevzat
# 1739 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news