Kino gününü belə qeyd etdilər FOTOLAR

Kino gününü belə qeyd etdilər FOTOLAR
calendar 3 avqust 2012
clock 10:34
Ötən gün Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda Kino Gününün qeyd olunması ilə bağlı ənənənin formalaşdığını bildirib: “Hər il Kino Günü qeyd olunan zaman bir filmin təqdimatını keçiririk. Bu gün də hamımızın ağrılı yeri olan Qarabağdan bəhs edən “Dolu” filmi təqdim olunur. İnanıram ki, bu film hər kəsin ürəyində əks-səda doğuracaq”.

Nazir bir qrup kino xadiminin yeni yaratdığı Azərbaycan Respublikası Kinomotoqrafçılar İttifaqının fəaliyyətinə də toxunub. O bu qurumun təzə yaradılmasına baxmayaraq uğurlu fəaliyyət göstərəcəyinin hiss olunduğunu qeyd edib: “Dövlət olaraq biz bu İttifaqın fəaliyyətinə dəstək verəcəyik”.
Sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup mədəniyyət xadiminə medallar verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova bir neçə gün əvvəl rəhbərlik etdiyi təşkilatın yaranmasının 1 ayının tamam olduğunu bildirib: “Bu qısa müddətdə İttifaqa üzvlüklə bağlı 270-dən artıq ərizə daxil olub”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi mükafatlar kino xadimlərinə təqdim olunub. İttifaqın təsis etdiyi “Milli kinonun inkişafına verdiyi töhfələrə görə” mükafatı isə bu il xalq artisti Yaşar Nuriyə təqdim edib. Qeyd edək ki, bu mükafat hər il bir kino xadiminə təqdim olunacaq.

Daha sonra tədbirdə Qarabağ mövzusundan bəhs edən “Dolu” filminin təqdimatı keçirilib.
# 1331 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news