Türk rəssamı bıçaqla vuran ruhi xəstə imiş? MÖVQELƏR

Türk rəssamı bıçaqla vuran ruhi xəstə imiş? MÖVQELƏR
calendar 20 aprel 2011
clock 16:31
Rəssam Bedri Baykam və köməkçisi Tuğba Kurtulmuşu vuran şəxs yaxalanıb. Onun ruhi xəstə olduğu bildirilir.

Məşhur rəssamla köməkçisini bıcaqlayan şəxs Mehmet Ç.-nin onları uzun müddətdir izlədiyi deyilir.

Mehmet Ç. Baykamın ″İnsanlıq abidəsi″ ilə bağlı çıxışına qulaq asıb və izləməyə başlayıb. Onun iki dəfə evlənib boşandığı və maniak depressiv xəstəliyindən müalicə aldığı məlum olub. Beş ildir tək yaşayan şəxsin heç bir yerdə işləmədiyi, evində tək yaşadığı bildirilib.

O, polisə ifadəsində: ″Danışmağını bəyənmirdim. Tipini bəyənmirdim. Ona görə vurmuşam″ deyib. Hadisəni törətdikdən sonra o, köhnə müdirinin yanına gedərək ″Cümhuriyyət düşmənini vurdum″ deyərək 200 lirə pul da istəyib. Müdiri ona pul vermədiyindən o, bacısının evinə yollanıb. Daha sonra isə Bayrampaşa polisinə təslim olub.

Polis ondan rəssamın köməkçisini niyə vurduğunu soruşanda isə: ″Mən onu Baykamın qadın olan cangüdəni bildim. Ona görə bıcaqladım″ deyə cavab verib.

Baykam: Siyasi məsələdir

Dünən polisə ifadə verən Baykam isə bildirib: ″İclasdan çıxandan sonra bir adam bizə yaxınlaşdı. Bizdən: ″Bəyoğlundakı ″Piramida” Sənət-ə gedirsinizsə, məni də onun yanındakı Kafe 57-yə qoya bilərsiniz?″ deyə soruşdu. „Kafe 57“ sahib olduğum “Piramida” Sənət evinin düz yanındadır. Mən də ona ora getmədiyimizi dedim. Elə o vaxt bədənimin sağ tərəfində ağrı hiss etdim. Əvvəl elə bildim yumruq vurdu. Qan görəndə bıcaqlandığımı anladım. Bunun siyasi məsələ olduğunu düşünürəm″


# 1128 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news