“Məncə, hərə bir cür dəlidir”

“Məncə, hərə bir cür dəlidir”
calendar 6 avqust 2012
clock 05:00
“Pul xoşbəxtliyi ala bilməz, amma onu axtarmaq üçün yaxt ala bilər”

Kulis.az amerikan aktyoru Conni Deppin həyatdan öyrəndiklərini təqdim edir.

Deyəsən, əsl adım
Osmonddur.

Qəribə uşaq idim. Əvvəlcə Brüs Li olmaq istəyirdim, sonra Daniel Bun (amerikanın ilk sakinlərindən biri – Esquire).

Gənc yaşlarımda satıcı işləmişdim, çox tez də qovulmuşdum. Yəqin “Bu kostyum sizə heç yaraşmır!” deməyi çox sevdiyimdən olmuşdu.

Tim Barton – gördüyüm ən qapalı insandır. “Çarli və şokolad fabriki” filmi çəkiləndə kimsə mənə yaxınlaşıb dedi ki, Helen sizi (Bonem Karter, Bartonun sevgilisi – Esquire) telefona çağırır. Soruşdum: “Yaxşısan? Billə bir şey olmayıb ki?”. Onların oğlu Bill hələ çox balaca idi onda. “Hə, hər şey yaxşıdı. Tim istəyir ki, sən Billin xaç atası olasan”, - dedi. “İki dəqiqə əvvəl Timlə birlikdəydim axı, heç nə demədi”- dedim. Bu, əsl Tim idi. “İstəyirəm ki, oğlumun xaç atası olasan” deməkdən ağır iş yox idi onun üçün. Çəkiliş meydançasına qayıdıb Timə dedim ki, bu mənim üçün böyük şərəfdir. O isə: “Aha, əlbəttə, başlayaq işləməyə”.

Tim hansı rolu məndən istəsə, düşünmədən razılaşaram. Lap filmdə qarışqayeyənlə sekslə məşğul olmaq lazımdırsa, böyük məmnuniyyətlə edərəm.

Çalışıram, daima çaşqınlıq vəziyyətində olum. Çaşqınlığın üzdəki ifadəsini xoşlayıram.

Məncə, hərə bir cür dəlidir.

Hər filmdə mütləq bir kadr olur, öz-özünə deyirsən, bax “o kadr” budur!

Pul xoşbəxtliyi almır, amma yaxt ala bilir. O yaxtı da götürüb gedirsən xoşbəxtliyi axtarmağa.

Təyyarədə hamı dindar olur.

Mənim azadlıq simvollarım – sadəlik və anonimlikdir. Nə vaxtsa mən onları yenidən özümə qaytaracam; ya qocalanda, ya da hamı məndən bezəndə.

Uşaq bir yaşında əsl sərxoşa oxşayır. Ayağa durur, yenə özünü saxlaya bilməyib aşır. Gah ağlayır, gah gülür, gah qusur.

Uşaqlar elə qəribə suallar verirlər ki adama. Bir dəfə qızım gəlib qarşımda oturdu və dedi: “Ata, sənə bir neçə sual verməliyəm”. Dörd yaşı vardı. “Üç dənə sualım var. Bir: Allah itdən qorxur?” – soruşdu, cavab verdim ki, qorxmur. O isə: “Yaxşı, bəs səncə o dinozavrları görüb?”, - soruşdu, yenə cavab verdim ki, yəqin ki görüb. Üçüncü sualı da bu oldu: “Onun qulluqçusu var?”. Bilmədim nə cavab verim.
Əgər nə vaxtsa “Mən ciddi aktyoram” dediyimi eşitsəz, gəlin, məni yaxşıca sillələyin.

Hazırladı: Günel Əsgərzadə
Mənbə: “Esquire” jurnalı
# 1774 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news