İran səfirliyi qarşısında şairlərlə bağlı aksiya keçirilib

İran səfirliyi qarşısında şairlərlə bağlı aksiya keçirilib
calendar 6 avqust 2012
clock 12:56
İranda həbs olunmuş azərbaycanlı şairlərin azad edilməsi tələbilə bu ölkənin Bakıdakı səfirliyinin qarşısında aksiya keçirilib.

Aksiya Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü ilə keçirilib. Aksiyada müxtəlif KİV nümayəndələri iştirak ediblər.

Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də piketə icazə verilməyib.

Aksiya iştirakçıları səfirliyin 10 metrliyində polis tərəfindən saxlanılıb, lakin polis aksiyanın keçirilməsinə mane olmayıb.

Piketçilər aksiyanın qətnaməsini oxuyublar və onu səfirliyə təqdim ediblər.

“Biz İran hakimiyyətini söz azadlığına hörmətlə yanaşmağa və heç bir qanunu pozmayan, sərhəddin keçilməsi qaydalarının pozulması kimi uydurma ittihamla saxlanılan azərbaycanlı ədibləri azad etməyə çağırırıq”, - sənəddə vurğulanır.

Şairlər mayın 2-də Tehrandan Bakıya gələrkən Təbrizdə saxlanılıblar. Avqustun 7-də Təbrizdə onların məhkəməsi olacaq.

Rəsmi Bakı İran XİN-ə beş nota göndərərək onların azad olunmasını tələb edib. Yalnız bir həftə öncə İran hakimiyyəti Azərbaycanın Təbrizdəki konsulluğunun işçisinin həbs olunanlara baş çəkməsinə icazə verib.
# 1268 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news