Bakıda Rəsul Quliyevin romanı nəşr olundu

Bakıda Rəsul Quliyevin romanı nəşr olundu
calendar 21 aprel 2011
clock 11:24
Azərbaycanın eks-spikeri Rəsul Bayramın (Quliyev) Bakıda yeni kitabı nəşr olunub. Müəllifin bu kitabı əvvəlkilərindən fərqli olaraq, roman janrında qələmə alınıb.

"Qanun" nəşriyyatından Kulis.az-a verilən məlumata görə, "Axına qarşı" adlanan roman bir kitabda həm azərbaycan, həm də rus dilində nəşr olunub. Əsər iki gəncin dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin düyünlərinə işıq salır.

"Axına qarşı" romanı ümumilikdə avtoritar rejimlərin millətlərin və insanların taleyində necə ağır izlər buraxdığını canlı ştrixlərlə anladır. Əsərin mövzusu eyni problemlərlə üz-üzə qalan Azərbaycan oxucusuna müqayisə üçün yaxşı imkanlar açır.

Qeyd edək ki, roman 2010-cu ildə ABŞ-ın tanınmış nəşriyyatlarından biri olan “Xlibris’’də ingilis dilində nəşr olunub.

Kitab Almaniyanın məşhur Frankfurt yarmarkasında, habelə Amerikanın daha 3 kitab sərgisində geniş oxucu auditoriyasına təqdim olunub. Kitabın nəşrindən az sonra Yaxın Şərq ölkələrində baş verən inqilablar romanın aktuallığını artırıb və ABŞ-da böyük maraq qazanıb.

Kitab Bakının bütün kitab mağazalarında satışa çıxarılıb. Qiyməti 5 manatdır.


Günel Əsgərzadə
# 1418 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news