Şairlərə hökm oxunması təxirə salınıb

Şairlərə hökm oxunması təxirə salınıb
calendar 10 avqust 2012
clock 09:35
İranda saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəyə avqustun 9-da hökm oxunması təxirə salınıb.

Bu barədə ANS-ə Fərid Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib:

«Sadəcə olaraq məhkəmə məşvərətə çıxıb. Bu gün onlarda qısa gündür. Sabah və birigün isə iş günü deyil. Səfirliyin nümayəndələri ilə birlikdə biz hakimlə görüşdük. Orda müəyyən araşdırmalar aparılır, ona görə də, biz indi Azərbaycana qayıdırıq».

Azərbaycanlı şairlərin məhkəmə dinləmələri 2 gün davam edib. Prosesə Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri və şairlərin ailə üzvləri də qatılıb.

Proses zamanı şairlərə İran ərazisinə necə keçmələri barədə suallar verilib.

Onlar isə günahsız olduqlarını, İrana dəvət əsasında poeziya festivalında iştirak etmək üçün gəldiklərini deyiblər.

İran mediası şairlərin İran əleyhinə casusluqda təqsirləndirildiyini iddia etsə də, sonradan bu məlumat təsdiqini tapmayıb.

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər.

Onlar mayın 2-də Təbrizdə həbs olunublar.

Azadlıq.org
# 1081 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news