Ancelina Coli hicabda

Ancelina Coli hicabda
calendar 13 avqust 2012
clock 12:03
Yaxın Şərq hər zaman olduğu kimi böhran və müharibə xəbərləriylə gündəmdədir. Bir tərəfdən isə bu regionda mədəni dirçəliş yaşanır. Fərqli sərgilərlə adlarından bəhs etdirən sənətkarlar arasında ən diqqət çəkəni Yaxın Şərqin Endi Varholu kimi tanınan bəhreynli Məhəmməd Kanodur.

Sənətə 1989-cu ildə Əbu Dabidə başlayan Kano üslub olaraq Roy Lixtenşteynin müasir texnikasıyla Endi Varolun pop-art cərəyanını mənimsəyib. Kanoya dünyada populyarlıq qazandıran “Kimlik Məsələsi” (A Question of İdenity) sərgisi olub. Kano, siyasətə və mədəniyyətə lağ etdiyi sərgidə siyasətçi, musiqiçi və Hollivud ulduzlarına ənənəvi ərəb geyimləri - Klint Estvud və Con Travoltaya ərəb yaylığı, Angelina Coliyə isə hicab geyindirib. Vil Smit sərbəst geyimdə, keçən il dünyasını dəyişən Emi Vaynhaus baş örtüyündədir.

Sərginin mesajı tolerantlıqdır. Yaxın Şərqdə yaşayanlara qarşı edilən ayrı-seçkiliyi yumorla göstərən Kano “Sərgimdə mümkün olduğu qədər dünyada tanınmış simalardan istifadə etmişəm. Sərgiyə yumor əlavə etdikdən sonra nə demək istədiyimi rahat başa düşdülər. Buna görə, sərgi, həyatında ilk dəfə sərgiyə gələnlərin də xoşuna gəldi. Müasir ərəb sənətkarı olaraq sənətə kömək etməliyik” dedi.

İroniya yaratmaq istədim

“Endi Varolun Mao Tszedunun fotolarıyla yaratdığı sənət əsərlərindən təsirlənmişəm. O vaxt, dünyada yaşayan yeganə kommunist lider Mao idi. Fotolarının istifadə edildiyi sənət əsərləri Maonun məhv etmək istədiyi kapitalist dünyasındakı milyonlarla insana çatmışdı. Bu, böyük ironiya idi. Bundan istifadə edərək müxtəlif simalara baş örtüyü taxmağı yoxlamaq istədim”.
# 2381 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news