Murakaminin sevdiyi kitablar
Nobel mükafatına ən real namizədlərdən olan yapon yazıçı Haruki Murakami ölkəmizdə də məşhurdur. Yazıçının “Norveç meşəsi”, “Kafka sahildə”, “Zəlzələdən beş gün sonra” kitabları dilimizə tərcümə olunub. Murakamini oxuyanlar yəqin ki, onun sevimli kitablarını təxmin edə bilər. Ancaq gəlin yazıçının öz siyahısı ilə tanış olaq:
“F. Skott Fitscerald – Möhtəşəm Getsbi”
“”Möhtəşəm Getsbi mənim sevimli kitabımdır. Bir neçə il əvvəl tərcümə etmişəm. İyirmi yaşımda çevirmək istəmişdim, amma hazır deyildim” (“TİME” jurnalına müsahibəsində “Ən sevdiyiniz kitab” sualına verdiyi cavab, 2008-ci il)
“Çovdarlıqda uçurumdan qoruyan” – C.D. Selincer
“Bu, qaranlıq və təsirli hekayədir. 17 yaşımda bu hekayəni oxuyub zövq aldım və tərcümə etməyə qərar verdim. Gülməli olduğu qədər qaranlıq və güclü idi. Cavanlıqda çox təsirləndirmişdi məni. (Kaliforniya Universitetindəki çıxışından, 2008-ci il)
“Karamazov qardaşları” – F. Dostoyevski
“Dostoyevski mənim idealımdır. Yazıçıların çoxsu qocaldıqca güclərini itirib. Amma Dostoyevski yox. O, getdikcə daha böyük və daha möhtəşəm olub. Karamazov qardaşlarını təxminən 50 yaşında yazıb. Fövqəladə romandır”. (“3:AM Magazine”dəki müsahibəsindən, 2009)
“Qəsr”- Frans Kafka
“Kafkanın “Qəsr”ni 15 yaşımda oxumuşam. Böyük, inanılmaz, gözəl kitabdır. Məni şoka saldı…Kafkanın bu kitabda təsəvvür etdiyi dünya elə real və eyni zamanda elə qeyri-real idi ki, elə bilirdim ruhum və qəlbim iki yerə bölünüb”. (Franz Kafka Mükafatını alanda etdiyi çıxışından, 2006)
Murakaminin ən sevdiyi roman qəhrəmanı isə Raymond Çandlerin Filip Marlousudur. Murakamiyə görə Marlou Çandlerin xəyali obrazıdır, ona çox oxşayır. Hətta tələbəlik illərində Marlou kimi yaşamaq istəyirmiş.

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024