İran şairlərimizin məhkəməsini yenə təxirə saldı

İran şairlərimizin məhkəməsini yenə təxirə saldı
calendar 15 avqust 2012
clock 13:20
İranda həbs olunan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin bu gün keçirilən məhkəmə prosesi yenə təxirə salınıb. Bu barədə Modern.az saytına Fərid Hüseynin anası Tahirə Hüseynova məlumat verib. O, bildirib ki, şairlərin məhkəməsi gələn həftəyə qalıb.

“Məhkəmə bu gün qərar verməli idi. Yenə prosesi yubandırdılar. Bildiriblər ki, məhkəmə yekun qərarı gələn həftə verəcək. Dəqiq vaxt bizə hələki bildirilməyib. Məhkəmədə iştirak etmək üçün qardaşım Təbrizə getmişdi. Mən səhhətimlə əlaqədar bu dəfə gedə bilmədim. Qardaşımla əlaqə saxlamışıq, o deyir ki, məhkəmənin hökmü gələn həftəyə qaldı. Artıq biz də bilmirik bu işin sonu necə olacaq”, - deyə şairin anası bildirib.

T.Hüseynova vurğulayıb ki, Azərbaycan vətəndaşlarının hüquqlarını iranlı vəkil müdafiə edir.

Qeyd edək ki, mayın 2-də İranda həbs olunan azərbaycanlı şairlərin ilk məhkəməsi avqustun 7-də keçirilmişdi. Onlar dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunublar.

# 1034 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news