AzərTAc xəbər verir ki, film görkəmli yazıçı, filosof, ictimai xadim, böyük ədib, mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edir. Bu ekran əsərinin çəkilişləri Bakı, Şəki, Tiflis və İstanbul şəhərlərində aparılıb.
- "Qadınları aldadan kişi qadınların dominant olduğu dünyada oyanır" - Yeni film gəlir
- Gəncədə Aşıq Molla Cüməyə həsr edilmiş tədbir keçirildi
- Eşq nənəmin ilk şeytani günahından başlayır - Fəridənin yeni şeirləri
Filmin ssenari müəllifi Xalq Yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur.
Ekran əsərində M. F. Axundzadənin uşaqlığını 11 yaşlı Tofiq Əliyev canlandırıb. O, rejissor İlqar Nəcəfin “Buta” filmindəki roluna görə beynəlxalq Kvinslend kinofestivalında yüksək mükafata layiq görülüb. Axundzadənin gəncliyini Nicat Həbibov ifa edib. Dramaturqun yetkinlik dövrünü isə Xalq Artisti Rasim Balayev oynayıb.