Orxan Pamukun ön söz yazdığı roman qalmaqal yaratdı

Orxan Pamukun ön söz yazdığı roman qalmaqal yaratdı
calendar 22 avqust 2012
clock 13:11
Almaniyanın “Süddeutsche” qəzetinin jurnalisti Tomas Steynfeld rəqibini yeni çıxacaq kitabında amansızcasına “öldürməyi” ədəbi mühiti qarışdırıb.

Kulis.az-ın verdiyi məlumata görə “Süddeutsche” qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik edən Steynfeld “Fırtına” adlı romanında əvvəllər birgə işlədiyi “Frankfurter Allgemeine” qəzetinin baş redaktoru Frank Şirrmaherdən bu cür qisas alıb; o, əsərdə başından kürəklə vurulub öldürülür, sonra yem kimi heyvanlara atılır.

1994-2001-ci illərdə Steynfeld də “Frankfurter Allgemeine” qəzetində ədəbiyyat şöbəsində işləyib. Sonra Şirrmaherlə dava edərək işdən çıxıb və indi işlədiyi qəzetə gəlib. Saxta Per Yohansson imzası altında yazdığı romanla da onu işdən çıxaran rəqibindən intiqamını alıb.

Tənqidçilər isə bir tərəfdən yazıçının rəqibinə bu cür aqressiya nümayiş etdirməyin nə qədər etik olub-olmadığını müzakirə edir, digər tərəfdən kitabı çıxaran “Fischer Verlag” nəşriyyatını diqqətsizlikdə günahlandırırlar. Nəşriyyat öz növbəsində açıqlama verərək Frank Şirrmaherdən üzr istəyib. Ancaq satışla bağlı hər hansı bir qadağanın olmadığını vurğulayaraq, kitabın sabah satışda olacağını deyib.

Kitabla bağlı maraqlı faktlardan biri də ön sözü Nobel Mükafatçısı Orxan Pamukun yazmasıdır. Deyilənə görə, Steynfeld Pamukun yaxın dostlarından biridir və hazırda İstanbulda istirahət edir.

Hakan Nessər və Orxan Pamukun yazdığı tərif yazıları kitabın ilk 10 min ədədində yer alıb. Ancaq ədəbi çevrədə bu qədər tənqid olunduqdan sonra Pamukun yazısı çıxarılıb.

Günel Əsgərzadə
# 1544 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news