Milli Kitab Mükafatı yeni qaydalarla keçiriləcək

Milli Kitab Mükafatı yeni qaydalarla keçiriləcək
calendar 28 avqust 2012
clock 12:29
Bu il üçüncü Milli Kitab Mükafatı (MKM) keçiriləcək. Mükafatın təsisçisi Nigar Köçərli bu gün keçirilən mətbuat konfransında müsabiqənin yeni qaydaları haqda məlumat verib.

N.Köçərli bildirib ki, bundan sonra qaliblər də münsif olacaq: “Əsərləri noyabrın 16-na kimi MKM-ə elektron və ya poçt vasitəsi ilə göndərilməlidir. Martın 1-də ekspertlər tərəfindən müəyyən olunmuş 20 ən yaxşı əsərdən ibarət uzun siyahı, martın 15-də isə 10 əsərdən ibarət qısa siyahı müəyyənləşəcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı qazanacaq. Qaliblərin kitabları həm kağız, həm də elektron formatda çap olunacaq”.

Kulis.az-ın verdiyi məlumata görə bu il MKM-də yeni 3 nominasiya da təsis olunub: ən yaxşı şeir, ən yaxşı gənc yazar və ən yaxşı uşaq nağılı.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib ki, ədəbi mühitin canlanmasında MKM-in xüsusi rolu var.

Ötən il Pərviz Cəbrayıla birincilik verildikdən sonra narazı qalan Rəşad Məcid də tədbirdə iştirak edib. “Qruplaşmaların əleyhinəyəm. Jurilər gərək kitabları oxusunlar. Başqalarından məlumat toplamasınlar. Hansısa maraqlar naminə hərəkət etmək düzgün deyil” – R.Məcid belə deyib.

Münsiflər heyətində yeni adlar da var. Millət vəkili Qənirə Paşayeva, xalq yazıçısı Əkrəm Əylisli, xalq şairi Sabir Rüstəmxanlı, rejissor Mehriban Ələkbərzadə, MKM-in qalibləri Elxan Qaraqan və Pərviz Cəbrayıl.

Milli Kitab Mükafatı 2009-cu ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib. Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

Fərid Mirzəyev
# 1512 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news