Türk müğənni Nilin Twitter-də yazdıqları

Türk müğənni Nilin Twitter-də yazdıqları
calendar 22 aprel 2011
clock 11:43
Növbəti “Twitter”-imiz müğənni Nil Karaibrahimgildir.

Dosye: 1976-cı ildə Ankarada doğulub. Boğaziçi Universitetinin “Politologiya və Beynəlxalq Münasibətlər” fakultəsini bitirib. Reklam çarxı üçün yazdığı “Ben özgürüm” mahnısı ilə bütün Türkiyəyə məşhurlaşıb. 2002-ci ildə “Nil dünyası” adlı ilk albomunu çıxarıb. Albomda “Kek”, “Rüzgar”, “XL” kimi mahnıları yer alıb. Ən sonuncu albomu “Nil kıyısında” adlanır. O, həm də “Hürriyət” qəzetinin “Kelebek” əlavəsində köşə yazıları yazır. Bu yaxınlarda isə bütün köşə yazılarından ibarət “Nilin kəpənəkləri” adlı kitabı çıxıb.


• Mənim üçün artıq “necə adamdır?” sualı “bir iş bacararmı” sualından əvvəl gəlir. Sizi bilmirəm, amma mən xarakteri bacarıqdan əvvələ qoyuram.

• Təbiətdən nümunə götürəcəm. Çox yemiş qarnı şişmiş şir nə edir? Bir az uzanır, yoxsa qaçıb əridir?

• Bugün günəşin sarısından doyunca yeyə bilərik. Pəhrizimiz sona çatdı!

• “Atam: Dünən kompüterin qarşında yatıb qalmısan, soyuqlamısan.
Mən: ????
Atam: Windowsu açıq qoymusan axı”.
Baxın belə bir ailədə böyüdüm mən.

• Qapqaranlıq bir yerin ortasında fırlanan mavi bir topun üzərində yaşamağımız çox həyəcan verici bir şey deyil?

• Nə vaxt ki çöldə yüngül bir jaketlə gəzəcəyik, onda yeni mahnılar oxunacaq.

• Çay səadəti... Bu xarici ölkələrdə armudu stəkandan çay içməyib necə iclas edirlər, necə qərarlar alırlar, adamın ağlı kəsmir.

• Profil şəklimə bir də baxacam: “əsl gülüş”-dür, yoxsa “social smile” (Twitter, Facebookdakı profil şəkillərini nəzərdə tutur – red.) ?

• Eynəyimi tapmaq üçün gərək eynək taxım. Bu dilemmanın içindən illərdir çıxa bilmirəm.

• Mən düşündükcə başım yoxuş aşağı yuvarlanan qar topu kimi şişdikcə şişir. Sonra o qədər böyüyür ki, bədən onu izləyən bir quyruğa dönür.

• Hiss edirəm... Google ən çox vaxtını “bunu nəzərdə tutmusunuz...”-u tapmağa sərf edir.
# 1808 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news