Özü-özünü təriflədiyi yerdə tutuldu

Özü-özünü təriflədiyi yerdə tutuldu
calendar 6 sentyabr 2012
clock 12:20
ABŞ və İngiltərədə xeyli mükafat qazanmış dedektiv yazar Roqer Con Ellori Amazon adlı məşhur alış-veriş saytına başqa adla girərək öz kitablarını tərifləyib.

“Jelly Bean’ adı ilə sayta şərhlər yazan Ellori öz əsərlərini tərifləməklə kifayətlənməyərək rəqibi saydığı yazarları da tənqid edib.
Ancaq yazarın bu əməlləri gizli qalmayıb. Əməlləri faş olandan sonra Ellori oxuculardan və ədəbi cameədən üzr istəyib.


Ellorinin özünə tərif verdiyi şərhlərdən biri belədir: “Ellori bu günün ən istedadlı yazarlarındandır. Dili mükəmməldir, birnəfəsə oxuyursan. Adam çox duyğulanır. Ruhunuza işləyəcək”.

Yazar rəqiblərindən biri haqqında belə yazıb: “Daha yaxşısını yazacaq biridir. Kitabdakı satira gülməli deyil. İngilis yazarlar niyə cəsur ola bilmir? Dedektiv roman oxucuları əsər başa çatan kimi unudulan, bir-birinin eyni olan, formullanmış kitablar oxumaq məcburiyyətindədirlərmi?”

Ellori üzr istəsə də “bu xəmirin hələ çox su aparacağı” gözlənilir. Kriminal Roman Yazanlar Dərnəyi məsələ ilə bağlı açıqlama verərək Ellorini qınayıb. Bəyan edib ki, internet şərhləri ilə bağlı müddəanın da yer alacağı yeni qaydalar müəyyənləşdirəcəklər.
# 1052 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news